Son vaxtlar arıqlaması ilə diqqət çəkən modelyer Nur Yerlitaş müğənni Orhan Gencebayla Etiler istiqamətində görüntülənib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iftar yeməyindən çıxan Nur jurnalistlərin suallarını cavablandırıb.
O, "Əməliyyatla arıqladığınız doğrudurmu? sualına belə verib:
"Mən 18 ayda 30 kiloqram arıqladım. And içirəm ki, bu proses öz proqramımla baş tutub. Amma əməliyyat olmamışam.Əməliyyat olduğumu kimsə sübut etsə, şərəfsizəm ona brilliant üzük verməsəm".