Bir müddət öncə xəyanət edən ərini bağışlayaraq, onunla tətilə gedən Türkiyənin tanınmış müğənnisi Kibariyənin ailəsi müğənnidən üz döndərib. O özündən 20 yaş kiçik 19 illik həyat yoldaşı Ali Kiçikbalçıqla İzmirə tətilə yollanıb.
Unikal.org Türkiyə KİV-inə istinadla xəbər verir ki, xəyanət xəbərlərinə rəğmən, müğənninin "ərim mənə nə vaxt "səni istəmirəm" desə, o zaman qaçıb gedərəm sözləri ailəsini qəzəbləndirib.
Kibariyənin Əli Kiçikbalçıqla barışığını dəstəkləməyən ailəsi qızları ilə görüşməmək qərarı alıb.
Jurnalistlərin suallarını cavablandıran Kibariyə evliliyini bu dönəmi ilə bağlı sonuncu dəfə danışdığını deyib:
"Həmişə deyirəm ki, hər insanın səhvi olur, səhvsiz insan yoxdur. Səhvlər yenidən təkrarlanmasın, bu kifayətdir. Həyat yoldaşım mənə "səni istəmirəm" desə, o zaman qaçıb gedərəm. Bizim münasibətlərimiz çox yaxşıdır, mənim boyda qızımız var, bu gün sabah ailə quracaq, onu düşünürəm. Hər şey oldu, bitdi.