Son bir neçə gündür ki, Devid və Viktoriya Bekhem cütlüyünün ayrılacağı iddia edilir.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Viktoriya söz-söhbətə son qoymaq üçün sosial şəbəkədə paylaşım edib.

Ailəsi ilə şəklini yayımlayan Viktoriya bildirib ki, yayılan xəbərlər yalandır. 

Şəkildə 44 yaşlı keçmiş müğənni ailəsinin ətrafında dayanıb. Fotoda cütlüyün 15 yaşlı oğlu Romeo, 13 yaşlı Kruz, valideynləri Cek və Toni Adams, 6 yaşlı qızı Harper yer alıblar.