Dünən gecə saatlarında elektrik enerjisinin kəsilməsi bütün ölkə boyu su təchizatına mənfi təsir göstərib.
Unikal.org AzərTac-a istinadən xəbər verir ki, bu sözləri "Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. O bildirib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb. Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb.
A.Cəbrayıllı qeyd edib ki, gün ərzində suyun verilişi tam bərpa ediləcək.