Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb.
Unikal.org xəbər verir ki, Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir.
Hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa edib.