Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Daxili Qoşunlarını işğal altında saxlanılan Dağlıq Qarabağ torplaqlarına yeridib.
Ermənistanın "Qrapark qəzetinin yazdığına görə, Daxili Qoşunlar işğalçı qüvvələrə dəstək məqsədilə bölgəyə göndərilib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın baş naziri Nikol Paşinyanın bu cür addımına sərt reaksiya verib.
Unikal.org xəbər verir ki, Bayram Səfərov Modern.az-a açıqlamasında deyib ki, Paşinyan daxildə xalqına verdiyi vədləri yerinə yetirə bilmədiyindən, müxtəlif yollara əl atmaqla məşğuldur:
"Ermənistanın dinc və kasıb əhalisi aclıqdan əziyyət çəkir. Həmin bu ac əhali də Paşinyandan iş yeri və çörək istəyir. Ermənistan hakimiyyəti də bunu edə bilmir. Belə vəziyyətdə Paşinyan nə etməlidir ki?! Əlbəttə, polis dəstəsini Dağlıq Qarabağa yeritməlidir. Onların ac polisi varsa, bizim nizamlı ordumuz var. Ona görə də Paşinyan bu cür provakasiyaya əl atır.
Bayram Səfərov baş nazir Paşinyanın Azərbaycanı hədələyən açıqlamalar verməsinə də münasibət bildirib.
"Paşinyan bizim nəyimizi hədələyəcək ki?! Onun nəyi var ki! Aşığın sözü qurtaranda "dalay-dalay deyir. İndi Paşinyan da özü üçün "dalay-dalay edir. "Dalay-dalay da qurtarandan sonra hücum etməyə başlayacaq. Çox yaxşı. Etsinlər. Ordumuz onların qarşısında dayanıb. Paşinyanın cavabını verəcəyik. Lazım gəlsə, bir az da irəli gedəcəyik.