Günün pik saatı olduğu üçün hazırda bütün metro stansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir.
Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir.
"Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik, - deyə məlumatda vurğulanıb.