"İyulun 2-də baş vermiş hadisə nəticəsində hərəkətdə olan 18 ədəd sərnişin qatarı (9 ədəd stansiyalarda, 9 ədəd panellərdə) dayanıb. Birinci gün 154 sərnişin təxliyə edilib, xəsarət alan olmayıb.
Unikal.org xəbər verir ki, bu barədə "Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə məruzəsi zamanı bildirib.
Sədrin sözlərinə görə, iyulun 3-də lkədə yenidən elektrik enerjisinin verilişində yaranmış problemlə əlaqədar yenə də analoji fəsadlar yaranıb:
"Hadisə pik saata təsadüf etdiyindən 30 min sərnişin evakuasiya olundu. Bu gün günorta saatlarında metro yenidən öz işini bərpa etdi.