Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümü ərəfəsində ölkə çempionatları tarixinin bombardirləri siyahısı dəyişməz qalıb.

"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk “onluq”da 100 və daha çox qol vuranlar yer alıb. Bu oyunçular karyeralarını xeyli müddət əvvəl başa vurublar.

183 qola imza atan Nazim Əliyevin rekordu hələ də əlçatmazdır. Müşfiq Hüseynov 125 qolla ikinci, 9 top geri qalan Rövşən Əhmədov üçüncü sıradadır.

Ötən mövsümdə Premyer Liqada çıxış edənlər arasında ən yaxşı nəticə Filip Ozobiçə məxsusdur. “Neftçi”də vurduğu qollarla hesabını 66-ya çatdıran xorvatəsilli yarımmüdafiəçi siyahıda 23-cü yerə şərikdir.

1. Nazim Əliyev - 183

2. Müşfiq Hüseynov - 125

3. Rövşən Əhmədov - 116

4-5. Qurban Qurbanov - 115

Samir Ələkbərov - 115

6. Alay Bəhramov - 108

7. Nadir Nəbiyev - 103

8-9. Xaqani Məmmədov - 102

Vadim Vasilyev - 102

10. Kənan Kərimov - 101

11. Musa Qurbanov - 94

12. Fazil Pərvərov - 89

13. Samir Musayev - 88

14-15. Fərrux İsmayılov - 85

İmamyar Süleymanov - 85

16. Samir Əliyev - 84

17. İsmayıl Məmmədov - 76

18. İlham Məmmədov - 74

19. Azər İsayev - 73

20. Paşa Əliyev - 72

21. Badri Kvaratsxeliya - 71

22. Zaur Ramazanov - 70

23-24. Filip Ozobiç - 66

Yunis Hüseynov - 66

25-26. Vidadi Rzayev - 65

Mahir Əliyev - 65

27. Rauf Əliyev - 63

28-30. Mahmud Qurbanov - 61

Ramiz Məmmədov - 61

Georgi Adamiya - 61

31. Mahir Emreli - 59

32. Rəşad Abdullayev - 58

33. Davit Volkov – 54.