ABŞ-nin Texas ştatında təhlükəli yük daşıyan qatar relsdən çıxaraq yanıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazır.
Qəza Palo Pinto qraflığının kiçik Qordon şəhərində baş verib. Nəticədə ondan çox çən və yük vaqonu relsdən çıxıb. Onlardan bəziləri alovlanıb.
Əhalinin təxliyəsi barədə məlumat verilməyib, lakin hakimiyyət yerli sakinləri hadisə yerinə yaxınlaşmamağa çağırıb.