"Olar? Olmaz!" verilişində ötən gün də qalmaqala səbəb olacaq görüntülər tamaşaçılara təqdim edilib.
Unikal.org xəbər verir ki, bir qrup qonşu yaxınlıqda fəaliyyət göstərən sexlə bağlı şikayyətini verilişin aparıcısı Amil Xəlilə danışıb. İydən evdə oturmağın mümkünsüz olduğunu qeyd edən qonşular sexdə nələrin baş verdiyini tam olaraq bilmədiklərini sadəcə sexdən kolbasa üçün içliklər ixrac edildiyini gördüklərini bildiriblər.
Daha sonra teleaparıcı şikayyətçi tərəflə birgə həmin sexə yollanıblar. Bu zaman ara qarışıb. Sex sahibi ilə qonşular arasında dava düşüb. Bağırsaqların hara ixrac edildiyini soruşan Amil Xəlilə maraqlı cavab sex sahibindən gəlib. "Biz ölkə bazarına ixrac etmirik. Rusiyaya göndəririk". Amma bir az sonra suallar qarşısında aciz qalan sexin sahibi ixracla bağlı digər məlumatı səsləndirib. "Bilmirik, gəlib aparırlar. Biz nə bilək hara aparırlar".
Baytarlıqdan gündəlik yoxlanışın olub-olmaması sualı isə bu dəfə də cavabsız qalıb. Sex sahibləri teleaparıcıya "gəl təklikdə danışaq" deməsi və sətiraltı rüşvət atmacasına yox deyən çəkiliş qrupu məkandan uzaqlaşıb.
Bu axşam (6 iyun) saat 19:50 də Kolbasa-sosis idxal edən daha bir neçə sexin görüntüləri tamaşaçılara təqdim ediləcək.