Gürcüstan Daxili İşlər Nazirliyi bu gün səhər saatlarında Tbilisidə Azərbaycanın üç vətəndaşının ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, qəzanın törədilməsində günahkar olan marşrut taksisinin sürücüsü saxlanılıb.
Sürücünün alkoqollu içkinin təsiri altında olduğu müəyyən edilib. Qəza zamanı o da xəsarət alıb. Hazırda sürücü polis mühafizəsinin altında xəstəxanada müalicə olunur. Onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Azərbaycanın Gürcüstandakı səfirliyindən qəza nəticəsində ölən şəxslərin Azərbaycan vətəndaşları olduğu təsdiqlənib.
Qeyd edək ki, qəza zamanı iki minik maşını və marşrut taksisi toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.