Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.
DGK-dan Unikal.org-a verilən məlumata görə, prezidentin digər sərəncamları iləİqbal Babayev və Cavad QasımovDövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.
Qeyd edək ki, bundan öncəİqbal BabayevFəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi,Cavad Qasımovisə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.
Bundan başqa, komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinəTəmkin Xəlilovtəyin olunub. Bundan öncə o, Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin birinci müavini vəzifəsində çalışıb.
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə isə Səməd Qaralov rəis təyin edilib. Bundan öncə, o, həmin idarədə rəsi müavini olub.
***
Unikal.org xəbər verir ki, modern.az yeni sədr müavinlərinin dosyesini təqdim edir.
Qeyd edək ki, Komitədə yeni sədr müavini,gömrük xidməti general-mayoru İqbal Babayev ölkə ictimaiyyətinə müəyyən qədər tanış simadır. İqbal Babayev Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) nəzdindəki "Seçkilər İnformasiya Mərkəzinin sabiq rəhbəridir. Yəqin bu səbəbdən jurnalistlərin və siyasətçilərin yaxşı yadındadır. 2000-2008-ci illərdə MSK nəzdindəki "Seçkilər İnformasiya Mərkəzinin direktoru vəzifəsində işləyən İ.Babayev 2008-ci ilin aprelində şəxsi işlərini əsas gətirərək istefa vermişdi. O zaman Babayevin istefası mətbuatda müxtəlif cür yozularaq, onun hətta ölkə rəhbərliyi tərəfindən işdən çıxarıldığı qeyd olunmuşdu. Amma sonralar Dövlət Gömrük Komitəsində yüksək vəzifə alan İ.Babayevə etimadın jeç də itmədiyi bəlli oldu.
İ.Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub.
1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.
1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.
1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim, 1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent, 1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru işləyib.
2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən professor elmi adı verilib.
7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.
Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətənə xidmətə görə" 3-cü və 2-ci dərəcəli ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, Dövlət Gömrük Komitəsinin və digər nazirliklərin bir sıra medal və döş nişanları ilə təltif olunub. 2010-cu ildə "İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" Milli İnternet Mükafatının qalibi elan olunub.
İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var.
Dövlət Gömrük Komitəsinin digər yeni sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov31 may 1967-ci ildə Bakı şəhərində anadan olub.
1991-ci ildə o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1991-ci ildə "Bakkondisioner" Elmi İstehsalat Birliyində başlayıb. 1994-cü ildən "Azərenerji" dövlət şirkətinin "Enerjinin İstehsalı və Ötürülməsi" Birliyinin Yüksək Gərginlikli elektrik şəbəkələri xidmətində, 1996-cı ildən Rusiya Federasiyası Yanacaq Enerjisi Nazirliyinin "Ð’ÐИПМморнефтегаз" Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb.
1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.
1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb.
Sonradan 1999 - 2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi, 2002-2006-cı illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi, 2006-cı ildə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi işləyib.
2006-2008-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini - Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışıb.
2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2003-2006-cı illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirib.
Cavad Qasımov 2008-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.