Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.

Unikal.org-un məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov müvafiq qərar imzalayıb. Qərara əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyası 7 nəfərdən ibarət müəyyənləşdirilib.

Beləliklə, Kollegiyanın sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, kollegiyanın üzvləri Komitə sədrinin müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Komitənin Aparat rəhbəri Etibar Abdullayev, maliyyə-mühasibat şöbəsinin müdiri Tofiq Şamilzadə, məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov və Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov təyin edilib.