Havaların isti keçməsi ikinci əl kondisionerlərə tələbatı artırıb. Tələbatın artması qiymətlərə də təsir edib. Satıcılar bildirir ki, həmbucihazların qiyməti , həm də ustaların xidmət haqqı bahalaşıb.
Unikal.org xəzərxəbər-ə istinadən məlumatverir ki, ikinci əl kondisioner bazarında canlanma var.
Son vaxtlar paytaxtda yeni kondisionerlərə nisbətən işlənmiş kondisionerlərin alıcıları çoxalıb. İsti yay günlərində bir qədər sərinləmək istəyənlər üz tuturlar ikinci əl kondisioner mağazalarına.
Satıcıların sözlərinə görə, ikinci əl kondisionerlər yeni kondisionerlərə nisbətən ucuz olduğundan bunlara daha çox üstünlük verilir. Tələbatın artması isə qiymətlərə də təsir edib.
Alıcılar isə işlənmiş olsa da ikinci əl kondisionerlərdən məmnun olduqlarını deyirlər.
Satıcıların fikrincə ikinci əl kondisionerlərin bu qədər sürətli satışı hələ birmüddət davam edəcək.