İyulun 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığına yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, səfərdə məqsəd İslam Əməkdaşlığı Təşkilatı tərəfindən təşkil olunmuş və Əfqanistanda sülh və istiqrar mövzusuna həsr olunmuş beynəlxalq müsəlman üləma konfransında iştirak etməkdir. Konfrans 10-11 iyul tarixlərində Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində keçiriləcək.
Müxtəlif müsəlman ölkələrindən ən nüfuzlu İslam alimlərinin yer aldığı konfransın gündəmində bir sıra önəmli məsələlər, o cümlədən, Əfqanistanda sülh və istiqrarın bərqərar edilməsi, habelə terrorizmə və zorakılıq ekstremizmə qarşı birgə mövqeyin nümayiş etdirilməsi durur.