Yay tətilini hələ planlaşdırmayanlarvə büdcəsi xarici ölkələrdə istirahətə çatmayanlar bu xəbəri mütləq oxusun. Bir həftə öncə2 min dollara təklif edilən otellərin bəziləri qiymətləri yarıya endirib. Xüsusi ilə də Türkiyə və Misirdə bəzi otellər tam dolmadığından qaynar tur kampaniyasına başlayıb.
Unikal.org xəzərxəbər-ə istinadən məlumat berir ki, 2000 dollara olan turpaketlərin bəziləri hazırda 1200 dollara təklif edilir.
Xarici ölkələrdə olan otelllərin bəziləri nəzərə çarpacaq dərəcədə qiymət endirimi həyata keçirirlər.Turizm üzrə ekspertlər deyir ki,xarici ölkələrlə qarşılıqlı əlaqədə olduqları şirkətlər hazırda bəzi seçilmiş otellərə xüsusi endirim və güzəşt təqdim edirlər.
Ekspert deyir ki, belə turpaketlər zamanı seçim imkanı az olur. Rezervetmək üçün isə vaxt çox az verilir, lakin qiymətlər xeyli ucuz olduğundan tələbat çox olur.
Qeyd edək ki, hər il müəyyən vaxtlarda turizm şirkətləri müştərilər üçün endirim kampaniyası həyata keçirir. Bu endirimlər adətən qış aylarında və yay dönəmində müyyən vaxtlarda baş tutur.