Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Zaqatala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 28 iyul 2018-ci il tarixinə keçirilib.
Komitədən unikal.org-a verilən məlumata görə, vətəndaş qəbulu saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi:
(02422) 5-22-52
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi:
(02429) 5-21-73