Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Unikal.org xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verilib.