Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Unikal.org xəbər verir ki, icra başçısı Rayon İcra hakimiyyətinin, bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, rayon ərazisində yaşayan veteranların iştirak etdiyi qəbulda sakinləri narahat edən problemlərlə bağlı verdikləri sualları ətraflı cavablandırmış, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.
Sonda rayon icra hakimiyyətinin başçısı, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.