Bu gün Gəncə şəhərində baş verən ixtişaşlar zamanı şəhid olan rəis müavinlərindən biri Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb üzrə nümayəndəsinin ailə üzvüdür.
Unikal.org-un əldə etdiyi məlumata görə, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifəsini yerinə yetirərkən radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olan Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasovun qardaşıdır.