Azərbaycan ilə Türkiyə arasında olan səmimi və dostluq münasibətləri beynəlxalaq aləmə bir örnəkdir.  Xəzərin enerji resurslarının dünya bazarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir."  

 Bu sözləri  Unikal.org-un əməkdaşına Türkiyənin keçmiş Enerji və Təbii Qaynaqlar naziri, Ədalət və İnkişaf Partiyasının Kayseridən olan millət vəkili Taner Yıldız deyib. T. Yıldız bu qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi və güclənməsi üçün tərəflərin güclü iradəsi və istəyinin olduğunu bildirib. O, açıqlamasında   iki dövlət arasında həyata keçirilən enerji layihələrindən və bu istiqamətdə atılan addımlardan da söz açıb. Millət vəkili ölkələr arasında olan sıx əlaqələrin bundan sonra da hərtərəfli gücləndiriləcəyinə əminliyini ifadə edib.