Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya rəsmi səfəri çərçivəsində Fransada bir sıra görüşlər keçirib.
Unikal.org-a komitədən verilən məlumata görə, səfərin ilk günü Komitə sədri Azərbaycan Respublikasının Fransadakı səfirliyində olub, ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, Fransanın Daxili İşlər Naziri Gerard Collombun diplomatik məsələlər üzrə müşaviri Frederic Jung və Fransa Senatının Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperlə görüşüb.
Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin həmçinin Azərbaycanın Dostları Assosiasiyasında, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzləri və azərbaycanlı ailə ilə maraqlı görüşü olub.