"Yarımçıq qalan coca-colanı yenidən üç gündən sonra içib...."
Azərbaycanda "Coca-cola" içkisindən zəhərlərək ölən Murad Nəsirovla bağlı istintaq başlayıb.
Bu barədə unikal.org-a işin istintaqını aparan müstəntiq Asim Yusifov bildirib. O hadisənin ilkin səbəblərini açıqlayıb: "Mərhum 1993-cü il təvəllüdlü Nəsirov Murad Əfqan oğlu dünən dünyasın dəyişib. İlkin məlumata görə, Murad Nəsirov zəhərlənməmişdən üç gün əvvəl "Coca-cola" içkisi alıb. Suyu yarımçıq içib, avtomobildə qoyub. Üç gündən sonra yenidən yarımçıq qalan suyu içib və bundan sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hazırda ekspertiza təyin olunub və bunun nəticəsindən sonra mərhumun konkret hansı səbəbdən ölümü dəqiq bilinəcək".
Qeyd edək ki, mərhum Xocavənd rayonundan olan məcburi-köçkündür. O, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Üzeyr Hacıbəyli 566 saylı qəsəbəsində yaşayıb.
Xatırladaq ki, bir neçə saat bundan əvvəl Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov "Coca-cola" içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb.
Amid