Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Rövşən Rzayev Bakının Qaradağ rayonunda qamış tipli üç mərtəbəli qəzalı binalarda müvəqqəti məskunlaşmış 37 məcburi köçkün ailəsi ilə görüşüb.
Bu barədə unikal.org-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sədr onların problemləri ilə yerində tanış olub, qayğılarını dinləyib, suallarını cavablandırıb.
Məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.