""Azərenerji ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli  hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş vermiş və nəticədə Bakı şəhəri,Abşeron yarımadası və Regionlarda Elektrik Enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub".

Azərişiq ASC-dən unikal.org-a verilən məlumata görə, öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin-Bakı Metrosu,H.Əliyev adına Hava limanı,Su-kanalizasiya, Xəstəxanalar, Dövlət əhəmiyyətli obyektlərin Elektrik Enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməmiş, hazırda  həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

 Yaranmış narahatçılığa görə Azərişiq ASC  İstehlakçılarından üzr istəyir.