Fransanın Bakıdakı səfirliyi bu ölkənin Azərbaycana silah satışı ilə bağlı qadağanı ləğv etməsi haqqında məlumatlara münasibət bildirib. 

Unikal.org xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq diplomatik nümayəndəlikdən bildirilib ki, Fransanın bu məsələdə mövqeyi dəyişməyib.

"Dağlıq Qarabağda silahlı əməliyyatlarda istifadə etmək üçün silah və döyüş sursatının tədarükünü qadağan edən beynəlxalq qaydalar çərçivəsində öhdəliklərə hörmətlə yanaşırıq", - deyə məlumatda vurğulanıb.