2018-ci ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Unikal.org xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.
Vurğulanıb ki, Sumqayıt şəhərdə cari ilin 6 ayı ərzində ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz və ya 157 milyon manat artaraq 933 milyon manat olmuşdur. Sənaye müəssisələrində 705 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz təşkil edir. Mühüm iqtisadi göstəricilərdən olan ticarət dövriyyəsi 460 milyon manat olmuş, əvvəlki dövrlə müqayisədə 27 faiz artmışdır.
Əldə olunan uğurlar, iqtisadi göstəricilərin ötən illə müqayisədə artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 3,2 milyon manat və ya 15,6 faiz artaraq 23,7 milyon manat olmuş, xərc hissəsi isə 20 milyon manat proqnoza qarşı 19 milyon manat və ya 94 faiz icra olunub.
Diqqətə çatdırılıb ki, Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 2095 nəfər işlə təmin edilmiş, 36 nəfərə işsizlik müavinəti təyin edilib.
Hesabat dövründə şəhərin küçə və yollarının əsaslı və cari təmiri sahəÂsində müəyyən işlər görülüb.
Qeyd olunub ki, ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin çox hissəsi xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 170 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb. Müasir tipli yeni dayanacaqların quraşdırılÂması işləri davam etdirilir. Xidmətin keyfiyyətinin daha da artırılmasına nail olmaq üçün əlavə olaraq 40-a yaxın yeni avtobus şəhərə gətiriləcəkdir.
Hesabat məruzəsi ətrafında qarşıda duran perspektiv vəzifələr müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul olunub.