Paytaxtda elə şadlıq sarayları var ki, menyuları 150, 200, hətta 250 manatdır. Təəccüblüsü budur ki, belə restoranların sayı gündən-günə artır. Ancaq cəmiyyətdə bu, birmənalı qarşılanmır.

Unikal.org xəbər verir ki, bu haqda xəbəri "XəzərXəbər" yayıb. Reportajda bildirilir ki, bəzi vətəndaşlar elə bu qiymətə görə, toylara gedə bilmədiklərini deyirlər. Sosioloqlar da bu halın cəmiyyətə bir sıra mənfi təsirlərinin olacağını deyirlər.

Sosioloq Əhməd Qəşəmoğlu restoranların bu cür bahalı menyular təklif etməsini arzuolunan hesab etmir. Onun sözlərinə görə, bu halın sosioloji baxımdan cəmiyyətə bir sıra mənfi təsirləri ola bilər. Sosioloqun fikirincə, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri kölgədə qoymamalıdır.

Ə. Qəşəmoğlu deyir ki, restoran menyularının qiymətini tənzimləmək üçün xüsusi mexanizmlər hazırlamaq olar. Xüsusən bu sahədə maarifləndirici tədbirlərin görülməsinə ciddi ehtiyac var

Qeyd edək ki, restoranlarda qiymətlərin bu qədər baha olmasından qazanan sadə insanlar yox, elə restoran sahiblərinin özləridir.