Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) çimərliklərə gedən şəxslərə müraciət edib.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmalı tövsiyə edilib.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.