Bu gün Rusiyada keçirilən DÇ-2018-ə yekun vurulacaq. Unikal.org apasport.az saytına istinadən məlumatına görə, 32 gün davam edən mundial final matçı ilə başa çatacaq.
Həlledici qarşılaşmada Fransa və Xorvatiya üz-üzə gələcək. Finala qədər məğlubiyyət acısı yaşamayan rəqiblər dördilliyin ən yaxşısı olmaq üçün mübarizə aparacaq.
Fransa millisi 20 ildən sonra 2-ci çempionluğunu yaşamaq iddiasındadı. İki il öncə Avropa çempionatının finalında uduzan Didye Deşamın komandası daha bir ilkə imkan verməməyə çalışacaq.
Həmin vaxt Portuqaliyanın ilk çempionluğuna üzülən "üçrənglilər balkanlılarla görüşə qızıl arzusuyla çıxacaq. Xorvatiya isə 20 il öncəki bürünc medal rekordunu artıq yeniləyib.
Luka Modriç və komanda yoldaşları yeni çempion kimi tarixə düşmək üçün mübarizə aparacaq. Xorvatiyalılar bunu bacarsa, mundialların 9-cu qalibi olacaq.
Qeyd edək ki, sayca 21-ci olan çempionatın bürünc medalını Belçika qazanıb. Onlar 3-cü yer uğrunda oyunda İngiltərədən güclü olub - 2:0.
DÇ-2018
Final
15 iyul
19:00. Fransa - Xorvatiya
Hakim: Nestor Pitana (Argentina)
Moskva. "Lujniki stadionu