"Hazırda Azərbaycanda müəllimlər üçün 6 miÂndən artıq vakant yer müəyyən edilib. Vakant yerlərin 500-ə yaxını Bakı şəhəri üzÂrədir".
Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
O bildirib ki, hazırda İnsan ResursÂları Mərkəzi vakant yerlərin toÂplanması prosesini davam etdirir: "Yerli təhsil idarəÂetmə orqanları vakant yerlər barədə məlumaÂtları mərkəzə təqdim Âedir. Proses davam etdiyi üçün yekun rəqÂəm demək çətindir. Vakansiyaların toplanması avqusta qədər daÂvam edəcək. Avqust ayının ikinci yarısında müəllimlərin işə qəbulu müsabiqəsi tam yekunlaşacaq".
M.Camalzadə qeyd edib ki, bu gün müəllimlərin işə qəbuÂlu üzrə müsahibənin tÂest imtahanı mərhələsÂi başlanılıb: "İmtahanlar 13 gün daÂvam edəcək, iyul ayınÂın 31-i axırıncı test iÂmtahanı günüdür. Bu gün daxil olmaqla növbəti üç gün ərzinÂdə ibtidai sinif müəlÂlimlərinin imtahanı nÂəzərdə tutulub. Daha sonra digər fənÂn müəllimlərinin imtaÂhanı nəzərdə tutulub".
Müdirin sözlərinə görə,  ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyÂə 50 697 nəfər qeydiyyatdan keçib: "QeydiyyÂatdan keçənlərdən 46 Â839 namizəd elektron Âərizəsini təsdiq edibÂ. Gün ərzində 4 seans Âimtahanlar təşkil oluÂnur və imtahan 90 dəqiqə davaÂm edir, bu müddət ərzÂində namizədlər 60 suÂalı cavablandırmalıdıÂrlar. Bir gündə 4 min nəfərə yaxın insanın imtahan verməsi üçün hər bir şərait yaradÂılıb".
O bildirib ki, ilk imtahan günü, yəni bu gün ərzində nəzərdə tutulan namizədlərin 90 faizi imtahana gəlib: "NövbəÂti mərhələ vakant yerÂlərin seçim mərhələsiÂdir. Test imtahanındaÂn keçənlər növbəti mərhələdə iştirak edə bÂiləcəklər".