İtaliyanın "Eurac Research" tədqiqat mərkəzindən olan alimlər qrupu 5300 yaşlı Esi adlı mumiyanın mədəsinin tərkibini analiz ediblər.

Unikal.org xəbər verir ki, tədqiqatın məqsədi qədim insanın son qidasının nədən ibarət olduğunu müəyyən etmək olub.

Bildirilir ki, alimlər mikroskopiya metodlarının köməyi ilə Esinin orqanizmində zəhərli ayıdöşəyi, təzə və ya qurudulmuş keçi əti, maral əti və dən qalıqlarını aşkar ediblər.

Tədqiqatçılar yazırlar ki, heyvan piyləri mədənin tərkibinin 46 faizini təşkil edir. Alimlərin fikrincə, qidalanmanın belə seçimi bədənin ov üçün daim enerji ilə təmin etmək ehtiyacıyla bağlı idi.

Tədqiqatçılar qeyd edirlər ki, Esi son yeməyini ölümündən 30 dəqiqədən iki saata qədər əvvəl yeməyə vaxt tapıb. Hesab edilir ki, Esi 45 yaşında öz müasirləri ilə ikigünlük döyüş nəticəsində həlak olub.

Qeyd edək ki, Xalkolita dövründə yaşayan insanın mumiyası 1991-ci ildə Alpda aşkar edilmişdi. O dünyada ən köhnə mumiyalardan biri hesab edilir.(publika.az)