"Bu o deməkdir ki, insan orqanizmində lazımlı mikroorqanizmləri məhv edir". 

Bu fikirləri Unikal.org-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyinov deyib. Onun sözlərinə görə, "Coca Cola" içkisi istehlakçı hüquqlarını qoruyan bütün dünya təşkilatlarının 120 ölkəsində antireklam siyahısındadır:
 
 
 
"Ümumdünya istehlakçılar təşkilatı və biz də onun üzvü olaraq "Coca Cola"nın anti- reklamı  ilə məşğuluq. Bizim uğurumuz ondan ibarət oldu ki, iki il öncə məktəblərlə bağlı standartlar yaradılanda Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət agentliyi qazlı energetik içkilərin, xüsusən "Coca Cola"nın  məktəb bufetində satışına qadağa qoydu. "Coca Cola" dünya istehlakçılarına zərər gətirən  bir içkidir. Lakin "Coca Cola" dünyada ele bir reklam siyasəti aparır ki, istehlakçıların beynində elə formada özünü reklam edir ki, insanlar bundan imtina edə bilmirlər. Bu şirkət hansı ölkəyə daxil olursa böyük həcmli vergi ödəyicisi olduğu üçün  həmin ölkənin iqtisadi siyasətinə təsir edə bilir. Buna görə də br çox dövlətlər, bəziləri istisna olmaqla "Coca Cola"nı öz ölkələrindən uzaqlşadırmaq üçün təşəbbüs göstərmirlər. 
"Coca Cola"nın necə bir zərərli içki olduğu bilmək üçün kifayətdir ki, səhərlər Bakı bulvarının ağ mərmərlərinin üstünə diqqət edəsən. Ora tökülmüş "Coca Cola"  içkisi qır-saqqız kimi ağ mərmərin üzərinə yapışır. Təsəvvür edin insanın daxili orqanlarına hansı şəkildə yapışır. "Coca Cola" qabına həmin rəngdə başqa içki tökülsə istehlakçılar yenə də bundan imtina etməyəcəklər. İnsanların şüuruna təsir etməyi bacarıblar". 

Azərbaycanda bu içkinin tərkibini analiz edə biləcək laboratoriya varmı? sualına eksbert belə cavab verib:
 
 

""Coca Cola"nın laborator ekspertizası dünyanın az ölkəsində mükün olar, ya olmaz. Mən bir neçə il öncə "Coca Cola", Fantanı, adi suyu və spirti ayrı-ayrı qablara tökdüm. İçərisinə ət parçaları atdım. "Coca Cola" və Fantada çürümə və iylənmə prosesi baş vermədi. Digər məhlullarda isə təbii proses baş verdigetdi. "Coca Cola" 3 rəngli hissəyə bölündü. "Coca Cola"və Fanta insan orqanizmində təbii proseslərin qarşısını alı. Bu o deməkdir ki, insan orqanizmində lazımlı mikroorqanizmləri məhv edir. 
Kimyaçıları, professorları dəvət etdim ki, baxıb bir nəticə əldə edə bilsinlər. Hər kəs yaxasını bir kənara çəkdi. Təəssüf ki, Azərbaycan alimləri partizandan betər susurlar. Ya bilgiləri yoxdur, ya da həqiqətən də partizandırlar". 
"Coca Cola"dan zəhərlənib öldüyü iddia edilən gənclə bağlı E.Hüseynov vurğulayıb ki, bunun heç bir hüquqi nəticəsi olmayacaq: İnsanları müalicə edən qurumla "Coca Cola"ya sertfikat verən qurum eynidir. Əgər sübut olunsa ki, mərhum bu içkidən zəhərlənib ölüb, o zaman "Coca Cola" dövlət qurumunun verdiyi sertfikatı ortaya çıxaracq ki, bunu sən vermisən. Belə çıxır ki, Səhiyyə Nazirliyi özü cavab verəcək ölüm işinə görə. Nə qədər ki, ölkədə müstəqil ekspertiza yoxdur, insanlar qırılacaq da, öləcək də. Ciddi cəhdlə bu kimi hallar gizlədiləcək. Bu yaşıma çatmışam və görməmişəm ki, zəhərlənmədən kiməsə kompensasiya verilsin. Azərbaycada zəhərlənmlərin qeydiyyatı Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən 200 dəfə aşağıdır. Bu zəhərlənələri də Eyyub Hüseynov yox Səhiyyə Nazirliyi qeydə alır". 

Həsən Babayev