Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilən üçüncü binanın istifadəyə veriləcəyi tarixi açıqlayıb.

Unikal.org-un xəbərinə görə, V.Səfərli bildirib ki, bina 2020-ci ildə təhvil veriləcək.

"Hazırda binada tikinti işləri sürətlə gedir. Binanın üçüncü mərtəbəsi tamamlanmaq üzrədir, - deyə V.Səfərli qeyd edib.