Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alıb.
Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.
Unikal.org fəlsəfə doktoru elmi adını alan müğənnilərin siyahısını araşdırıb.
Həmin siyahını sizlərə təqdim edirik:
Xalq artisti Mələkxanım Əyyubova "2011-ci ildə "Muğam sənətinin inkişafında dövlət qayğısı adlı mövzunu müdafiə edib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
Əməkdar artist Gülyanaq Məmmədova Azərbaycan xalq və bəstəkar mahnılarının problemlərinin həll olunması adlı mövzunu müdafiə etdikdən sonra fəlsəfə doktoru elmi dərəcəsi adını alıb.
Xalq artisti Azər Zeynalov da Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
Əməkdar artist Ədalət Şükürov isə 2007-ci ildən iqtisad elmləri namizədidir.
Azərbaycan Dillər Universitetinin müəllimi, tanınnış müğənni Elxan Şirinov isə dosentdir.
Tanınmış müğənni, əməkdar artist Nüşabə Ələsgərli elmi dərəcə alıb. O, hazırda "Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Müğənni Lalə Məmmədova Filologiya üzrə fəlsəfə doktoru namizədlik dissertasiyasını müdafiə edib. Ötən il fəlsəfə doktoru adına layiq görülüb.
Aşıq Samirə Əliyeva 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur.
Nəhayət xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün bundan əvvəl "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlilini dissertasiya edərək fəlsəfə doktoru elmi adını alıb.