2017-ci ildə üzrlü səbəbdən nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına (17 yaş) icazə verilən 1 nəfər oğlan, 317 nəfər qız nikaha daxil olub.
Bu barədə Dövlət Statistika Komitəsindən Unikal.org-a daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə evlənmək məqsədilə adam oğurluğu üzrə 19 cinayət hadisəsi qeydə alınıb.