Aparıcı Afaq Gəncəli "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubbrikasının qonağı olub.
Unikal.org-un məlumatına görə, o, birçox müğənnilər haqqında fikir bildirib. A.Gəncəli eyni zamanda müğənni Günay İbrahimlidən söz açıb. Aparıcı sənətçinin mahnısından çox, onun həyatını və xasiyyətini müzakirə edib:
"Günayın elə mahnıları var ki, onlar üçün ürəyim gedir. Onunla yol yoldaşı olub, Fransaya getmişik. Efirdə göründüyü kimi deyil. Çox içdən, şıltaq, uşaq kimi, sadədir. Amma efirdə hərdən baxıb deyirəm ki, Günay belə deyil axı. Pis mənada demirəm. Həyatda daha canayaxındır. Efirdə daha soyuq olur. Xasiyyətini şəxsən bildiyimə görə, ifanı ona yaraşdırmadım.
Günay elə bil sönüb. Bir çoxları deyir başı sevgiyə qarışıb. Amma mən onuna adını sevgi qoymazdım. Depressiyadadır. Əgər qadın tez-tez öz imicini, görünüşünü, saç rəngini dəyişirsə, demək ki, xoşbəxtlik tam deyil. Bu gün sarı saçdadır, sabah qara. Bu gün bir imicdədir, o biri gün başqa. Sevgilisini də tanıyıram. Çox istəyərdim ki, toyları olsun, mən də iştirak edim. Arzularımdan biri də budur. Belə dəyişkən olması mənə onu xatırladır ki, tam xoşbəxt deyil. Mən xoşbəxt olsam, maraqlı olmaz ki, saçım nə rəngdədir".