Üç il əvvəl anası, qardaşı ilə Türkiyəyə köçən Azərbaycanlı qız həyatsevərliyi ilə hər kəsi özünə heyran qoyub.
Unikal.org xəbər verir ki, İsmət İnönü Peşə və Texniki Anadolu Liseyinin qrafik dizayn ixtisası üzrə təhsil alan 17 yaşlı Samira Hüseynova 3 il əvvəl anası anası Gül Hüseynova (40) və böyük qardaşı Cəlal Hüseynov ilə Türkiyənin Manisa vilayətinə köçüblər.
Bir ayağından əngəlli olan Samirə təxminən 1 aydan artıqdır ki, Manisa Rəqs Akademiyasında Latın rəksləri üzrə təhsil alır. Samiranın sağ ayağı digər ayağından qısa olmasına baxmayaraq protezin hesabına yeriyə bilir və hətta rəqslədə məşğuldur.
Anası Gül Hüseynova bildirib ki, hazırda qızının ayağının əngəlli olmasına baxmayaraq bu Samirəyə heç bir çətinlik törətmir: "Şəkil çəkir, üzməyə gedir.Rəqslə də məşğuldur. Kimsəyə möhtac deyil. Bütün işlərini özü həll edir".
Qeyd edək ki, Samira Hüseynovanın bu addımı Türkiyənin məşhur telekanalı "NTV" və digər KİV-lərində də dərc edilib.