Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
ETSN-dən Unikal.org-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26°, gündüz 31-35° isti olacaq. Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.