"Beynəlxalq Ordu Oyunları - 2018" çərçivəsində Belarusun Brest təlim poliqonunda keçiriləcək "Snayper həddi" müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, iyulun 28-dən avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir.