Ağır dərəcəli skolioz xəstəliyindən əziyyət çəkən 13 yaşlı Aynur Niyaməddin qızı Abdullayevaya təcili maddi yardım lazımdır.
Unikal.org xəbər verir ki, Aynur dörd yaşında olarkən bu xəstəliyinə tutulub. Artıq edilən müalicələr heç bir nəticə vermir. Üzlü qızcığaz təcili əməliyyat olunmalıdır. Ötən illər ərzində bu balaca qızcığazın ailəsi çox çətinliklərə sinə gərib, imkanları yetərincə onun sağalmasına çalışıblar. Amma artıq maddi cəhətdən imkanları qalmayıb, demək olar ki, tükəniblər.
Balaca yavrusunun sağalmasına maddi cəhətdən gücü çatmayan Aynurun atası Niyaməddin Abdullayev bütün imkanları insanlardan ona köməklik göstərmələrini xahiş edir.
Aynur Bakıda bir neçə xəstəxanada müayinə və müalicə olunub. Həkimlər deyib ki, təcili əməliyyat olunmalıdır. Amma əməliyyata gücümüz çatmır. Gözümüz görə-görə uşağımızın vəziyyəti günü-gündən pisləşir. Artıq xəstəlik uşağın daxili orqanlarını sıxır. Əməliyyat üçün 35-40 min manat pul lazımdır. Əməliyyatın Bakıda da keçirilməsi mümkündür.
Gəlin birlikdə bu imkansız ailəyə kömək edək, bu balaca qızcığazın sağalmasına yardımçı olaq, unutmayaq ki, Allah bütün yaxşı əməlləri görür və hər bir xeyirxah iş görən insan mütləq mükafatlandırılacaq.
Aynur Abdullayevaya kömək etmək istəyən şəxslər aşağıdakı bank hesabına pul köçürərək ona yardım əllərini uzada bilərlər:
Bank Respublika
Kod : 505668 VOEN: 9900001901
Əlaqə nömrəsi 055-761-22-73 Niyaməddin (atası)