"Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var".
Unikal.org APA-ya istinadən xəbər verir ki, tıxac əsasən Heydər ƏLiyev prospektinin "Atəşgah" dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəində müşahidə edilir.
"Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır", - deyə məlumatda vurğulanıb.