Ötən gün Qusar rayonunda baş verəsn torpaq sürüşməsindən sonra bu gün Qubada da eyni hal qeydə alınıb.
Unikal.org Anspress-ə istinadən xəbər verir ki, gecə saatlarında Quba - Xınalıq yolunda sürüşmə qeydə alınıb. Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır.
Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür.
"Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, yolun 37 km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Ötən gün baş verən sürüşmə nəticəsində Qusar - Kuzun yolunun kəndin girəcəyindəki hissəsi tamamilə bağlanıb və bununla da sakinlərin rayon mərkəziylə nəqliyyat əlaqəsi kəsilib.
Dərhal "Azəravtoyol" QSC-nin yerli idarəsinin canlı qüvvəsi vəiki texnikası sürüşən yola cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. Qurumdan da sürüşməyə səbəb kimi rayonda yağıntının miqdarının çox olması bildirilib.