Bələdiyyənin sədr müavini dövlət qulluğuna təyinat alıb.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə Əhmədova Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmriylə Xəzər rayon Məşğulluq mərkəzinin rəis müavini təyin edilib.
Qeyd edək ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamıyla respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə münasibətilə J.Əhmədova "Tərəqqi medalı ilə təltif edilib.