Bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan "Azerspace-2 peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib. "Azerspace-2 Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.
"Azərkosmos ASC-dən unikal.org-a verilən məlumata görə, peyk "Space Systems/Loral (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300 peyk platforması əsasında istehsal olunub.
"Azerspace-2 peyki "Arianespace şirkətinə məxsus "Ariane-5-³ daşıyıcı raketi ilə orbitə buraxılacaq. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace-2 peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.
"Azerspace-2 peykinin orbitə çıxarılmasını təmin etmək məqsədi ilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.
"Azerspace-2 peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki - "Azerspace-1 peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.