3 uşağı ilə birgə Türkiyəyə gələn 45 yaşlı amerikalı Şiman Vraytın vəziyyəti pisləşincə onu özəl klinikalardan birinə yerləşdiriblər. Amerikalını əməliyyat edən azərbaycanlı həkim həm də nümunəvi addım atıb.
Unikal.org xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayan Şiman Vrayt 2 həftə öncə 3 övladı ilə birlikdə tətil etmək üçün İstanbula gəldi. Tətildə o, səhər oyanarkən qarnının şiddətli ağrıdığını hiss edib.Bir müddət ağrılarının sakitləşməyini gözləyən amerikalı turist, övladlarının qorxmaması üçün vəziyyəti onlardan gizlədib. Ağrılarının şiddətləndiyini görən Şiman Vrayt özəl klinikaya müraciət edib.45 yaşlı amerikalı appendisitdən onu əməliyyat edən azərbaycanlı həkim Ülvi Abdullayeva 3 övladını saxlamaq üçün yerinin olmadığını bildirib. Uşaqlarına baxacağını deyən azərbaycanlı həkim amerikalı türistin 3 övladını öz evinə aparıb. Bundan əlavə, Ülvi Abdullayev amerikalının xəstəxanada qaldığı müddətdə övladlarını onlarla görüşməyə gətirib.
Azərbaycanlı cərrah bildirib ki, həyat yoldaşının buna etiraz etməyəcəyi üçün amerikalıpasientinin uşaqlarını öz evinə apardığını bildirib. O, məsələni belə şərh edib:
"Xəstənin yanında 3 azyaşlı övladı var idi. Xəstə ağrısına baxmayaraq, onlarla maraqlanırdı.Onun xəstəxanada qalacağını söyləyəndən sonra uşaqlarını qoymağa yerinin olmadığını bildirdi.Uşaqları götürüb evimə apardım.Özümün də 1 qızım var. Evi gedincə qızım uşaqları görərkən təəccübləndi.Sonra bərabər oynamağa başladılar.Ataları 3 gün xəstəxanada qalası oldu.Həmin müddətdə biz uşaqları saxladıq.Sağ olsun qonşularımız da bu işdə bizə dəstək göstərdilər.
Famil Fərhadoğlu