Ramil Səfərovun həbs təhlükəsi
12:36 04-09-2012
CƏMİYYƏT
Ramil Səfərovun həbs təhlükəsi
Bu artıq mümkün deyil
Son günlər ölkə mediasında ən çox işıqlandırılan məsələ Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxmasıdır.Özüdə tək Azərbaycan mediası yox, dünya mediası məsələyə həssas yanaşmağa başlayıb. Əsqasən də ABŞ dövlət Departmanentinin və ABŞ prezidentinin məsələyə başqa formada yanaşmalarından sonra. Bununla yanaşı artıq Ermənistanda da gərgin mühit hökm sürür və demək olar ki, hətta Ramil Səfərovun Azəebaycana təhvil verilməsi Ermənistan xarici siyasətinin məğlubiyyəti kimi dəyərlənidirilir və buan görə Ermənistan hakimiyyətindən təcili tədbirlər həyata keçirilməkl istənilir.
Özlüyündə isə Ermənistan rəhbərliyi dünya erməni lobbisinə və beynəlxalq təşkilatlara müraciətlər hazırlayıblar. Bu müraciətlərdə isə əsasən Ramil Səfərovun azadlığının qeyri-qanuni olması istənilir və onun yenidən həbsə salınması tələb edilir. Bəs maraqlıdır, Ramil Səfərov yenidən həbsə alına bilərmi? Ekspertlər bildirir ki, bu məsələyə toxunmamışdan öncə bəzi məqamlara önəm vermək lazımdır. Bunlar nədən ibarətdir? İlk vöbədə qeyd edilir ki, Ramil Səfərovun həbsdə saxlandığı Macarıstandan Azərbaycana verilməsi "ekstradisiya" kimi təqdim olunur. Halbuki Ramil Səfərov Azərbaycana ekstradisiya olunmayıb, o, Azərbaycana məhz verilib.
Nədir bu iki anlayışın fərqi? O adam Azərbaycana ekstradisiya oluna bilər ki, Azərbaycanda cinayət törətmiş olsun. Yəni ekstradisiya Azərbaycanda cinayət törədib xaricə qaçmış adamın xaricdə tutulub Azərbaycana verilməsidir. Əgər Azərbaycan vətəndaşı xaricdə törətdiyi əmələ görə xaricdə tutulubsa və sonradan Azərbaycana verilirsə, bu artıq ekstradisiya deyil, bu verilmədir.
Ramil Səfərov Qurgen Marqaryanı Macarıstanda öldürüb. Buna görə o, Macarıstanda tutulub, ömürlük həbs cəzası alıb. 2012-ci ilin avqustunda isə o, 8 il yarımlıq həbsdən sonra vətəndaşı olduğu Azərbaycana verilib. Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Faiq Qurbanov demişdi ki, Ramil Səfərov nümunəsində söhbət ekstradisiyadan yox, "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" konvensiyadan gedir. Avropa Şurasına üzv dövlətlər bu sənədi qəbul edib və Azərbaycanla Macarıstan bu konvensiya əsasında əməkdaşlıq edə bilər.
Açıqlamasında Faiq Qurbanov vurğulamışdı: "Ramil Səfərovun ekstradisiyası dedikdə əslində onu təhqir etmiş oluruq. Onda belə çıxır ki, Ramil Azərbaycanda cinayət törədərək Macarıstana qaçıb və orada həbs olunub. İndiyə qədər bütün mətbuatda Ramilin hüquqi vəziyyəti haqqında yanlışlığa yol verilib".Bundan başqa ekspertlər bildirir ki, dünya erməni lobbisi məsələni Avropa Məhkəməsi səviyyəsində müzakirəyə çıxartdıra və Avropa Məhkəməsinin yeni qərarını əldə edə bilərlər. Amma bu halda da son söz Azərbaycanın olacaq. Necə? Bildirilir ki, Azərbaycan kənar iddiaları nəzərə alaraq Ramil Səfərovun işini yenidən məhkəmə sisteminə qaytara bilər. Belə olan halda Ali Məhkəmə Ramil Səfərova Macarıstan Ali Məhkəməsinin çıxartdığı qərarı dəyişdirərək, onu 10-12 illik hökmlə əvəzləyə bilər. Bundan sonra isə prezident yenə də sərəncam imzalayaraq onun azadlığa çıxmasını təmin edə bilər. Və yaxud Azərbaycanın Konstitusiya Məhkəməsi məsələyə yenidən baxaraq,prezidentin verdiyi əfv fərmanını qanuni saya bilər. Bütün bunlara baxmayaraq hesab edilir ki, ermənilər beynəlxalq mühitdə müəyyən gərginliklər yarada bilərlər. Bu gərginliklər nədən ibarətdir? İlk növbədə aydın olan budur ki, bu gün Azərbaycana qərbdə ikili yanaşma var və ermənilər bundan istifadə edərək seçki öncəsi Azərbaycan hakimiyyətinə olan təzyiqləri artıra bilərlər. Bu məsələdə daha çox ATƏT-in Minsk qrupunun imkanlarından istifadə oluna bilər. Belə ki, bu gün ATƏT-in Minsk qrupu onsuzda danışıqları lazımi səviyyədə həyata keçirə bilmir və bu vəziyyətdə Ramil Səfərovun azadlığa çıxmasını ümumi danışıqların pozulması kimi dəyərləndirərlər. Amma qeyd olunur ki, bu məsələyə görə qərb açıq şəkildə Azərbaycanla üz-üzə gəlməz və bir müddətdən sonra məsələ tamamı ilə unudulacaq. Amma hər halda Azərbaycan diplomatiyasının da hazırlıqlı olması əsas şərtlərdəndir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09