Türkiyənin Antalya şəhərinə istirahətə gedən azərbaycanlı kişinin başına iş gəlib. Belə ki, o, tramvayda pulqabısını itirib.

Unikal.org xəbər verir ki, 36 yaşlı Elnur Seydiyev pullarını itirdikdən sonra ölkəyə qayıtmaq üçün tanışlarından borc almaq istəyərkən, gözlənilməz telefon zəngi gəlib. 

Belə ki, bir nəfər Türkiyə vətəndaşı E.Seyidova məxsus 800 dollar, 925 türk lira, 15 min rus rublu və ona aid şəxsiyyət vəsiqəsini tapıb. Sakarya Şəhid Mustafa Kılıç Polis Mərkəzinə gedən vətəndaş, protokol qarşılığında sözügedən pulqabını (onun içində olan pul və sənədləri) polisə təslim edib. Bu işi araşdırılması isə polis məmuru Mustafa Sayına tapşırılıb. O, Elnurla ticarət mərkəzinə məxsus endirim kartının köməkliyi ilə əlaqə qura bilib. Belə ki, polis sözügedən mağazaya zəng edərək satıcılardan Elnurun əlaqə nömrəsini alıb və onunla danışıb. Elnur Seydiyevə aid pulqabını da polis məmuru Mustafa Sayın ona təqdim edib. 

E.Seyidov pulqabısını tapan və bunu ona təqdim edən polisə öz təşəkkürünü belə bildirib: "Türk millətinin köməksevərliyinin bir daha şahidi oldum. Pulqabımı və özümə məxsus sənədləri itirdim. Buna çox üzülmüşdüm. Azərbaycana qayıtmaq üçün dostlarımdan borc istəməyə başlamışdım. Polisdən gələn telefon zəngi ilə çox xoşbəxt oldum".