“Azərbaycan müxalifəti seçkilərə qatılmalıdır”
11:23 05-09-2012
CƏMİYYƏT
“Azərbaycan müxalifəti seçkilərə qatılmalıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev prezident seçkilərindən danışaraq bildirib ki, kasıb itinin adını “Qızıl”, “Gümüş” qoyan kimi, onlar da öz adlarını əsas iddiaçı, əsas namizəd qoyurlar, amma heç keçən seçkilərə girmədilər.
Biz onda dedik ki, müxalifətin mövcud reallıqlar çərçivəsində seçkilərdə qalib gəlmə şansı yoxdur və çox məhduddur. Buna baxmayaraq, biz seçkilərdə gücümüz nəyə çatır ortaya qoyduq və hər seçki kampaniyalarından - bələdiyyə, parlament, prezident seçkilərində öz ideya və fikirlərimizin yayılması üçün istifadə edəcəyimizi bildirdik. Prezident seçkilərinə qatıldıq, televiziyadan istifadə etdik. Vaxt kifayət qədər az olsa da, hər halda müəyyən fikirləri dedik. Deməsək nə olacaqdı? Yenə də hesab edirəm ki, Azərbaycan müxalifəti seçkilərə qatılmalıdır. Bu müxalifətin içində barışmaz qüvvələr də var. Bu da yürüdülən siyasətlə bağlı deyil.
Barışmazlıq onlardan fərqli, başqa bir adamın prezident olmasına qarşıdır. Ali dəyərlər, demokratiya uğrunda mübarizə aparan insanlar üçünsə fərqi yoxdur kim lider kimi qabağa çıxır. O, yeri gələndə güzəştə də gedə bilər, təki o dəyərlər bərqərar olsun. Yadınıza salın, xaricilər o “əsas namizədlər”i Londonda bir yerə yığmışdılar. O zaman hələ İlham Əliyev prezident deyildi. O zaman müxalifətin seçkiləri udmaq şansı nəzəri cəhətdən daha böyük idi. Nə oldu, niyə razılığa gələ bilmədilər? Çünki həmin şəxslər birinci yerdə ancaq özünün prezidentliyini görür. Demokratiya və digər dəyərlər, insan haqları, qanunun aliliyinə beşinci və onuncu məsələ kimi baxırlar. Ona görə də bunlar öz aralarında razılığa gələ bilmirlər.O daha sonra İctimai Palatada İsa Qəmbərlə Əli Kərimli arasındakı qarşıdurmayada münasibət bildirib:-“ Baxın, Əli Kərimlidən şikayət edildi, xaraktercə qorxaq adam olduğuna görə dərhal dedi ki, bu, mənim vahid namizədliyimin qarşısını almaq üçün düşünülüb. Həm özünü müdafiə etmək fikrinə düşdü ki, “əsas rəqibəm” deyə üstümə gəlirlər, həm də yaranmış vəziyyətdən özünün əzabkeş obrazını yaradıb faydalanmaq istədi. İsa Qəmbər də görəndə ki, Əli Kərimli yaranmış vəziyyətdən faydalanmaq istəyir, o da tez öz namizədliyini irəli sürdü. Halbuki deyirdilər ki, İctimai Palatada vahid namizəd məsələsi müzakirə olunmamalıdır, bunun vaxtı deyil. Amma “əsas namizədlər” öz şərtlərini özləri pozdular. Ona görə də əvvəllər də deyirdim ki, bu adamların bir-biri ilə müttəfiq olması mümkün deyil. Əli Kərimli nə Şərq dəyərlərinə sadiqdir, nə Qərb dəyərlərinə. O, 2003-cü ildə İsa Qəmbəri qoyub Etibar Məmmədovu müdafiə etdi. Halbuki Əli Kərimlinin imzası ilə vaxtilə AXC-nin çoxlu sayda qərarları qəbul olunub ki, Etibar Məmmədov qiyamı dəstəkləyib və sair.
2000-ci il parlament seçkilərində Müsavat Azərbaycan Xalq Cəbhəsini parlamentə getməklə xəyanətdə ittiham etdi və dedi ki, onlar hakimiyyətin adamlarıdır. 2005-ci ildə rollar dəyişdi. Bu dəfə Müsavat parlamentə düşdü və o zaman Əli Kərimli dedi ki, bu xəyanətkar yoldur, müttəfiqləri satmaqdır. Onu müdafiə edənlər Lalə Şövkət, Əli Əliyev idi. Amma sonda “Azadlıq” bloku da dağıldı. Növbəti seçki ərəfəsində Əli Kərimli dedi ki, indi mənə İsa Qəmbər lazımdır, onunla blok yaradıram. Bunların müttəfiqliyə və dəyərlərə münasibəti budur. Dost deyib, insanların rəğbətini qazanıb, sonradan onlara xəyanət edib, xəyal qırıqlığına uğratdıqlarının şahidi olmuşuq, öz üzərimizdə yaşamışıq o hissləri. Odur ki, seçkilər yaxınlaşdıqca, bu müttəfiqliyin də mənasız iş olduğu ortaya çıxacaq. Gördünüz, Arif Hacılı nə dedi?”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12